Şrift:
Türkiyədə bir gündə 9 nəfər koronavirusdan dünyasını dəyişib
23.03.2020 [09:31] - Xəbərlər, Türk dünyası-Turan
Dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) infeksiyası nəticəsində Türkiyədə ölənlərin sayı 30 nəfərə çatıb. Onlardan 9-u martın 22-də dünyasını dəyişib.

Bunu Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, ölkə üzrə xüsusi müayinədən keçirilən 20 min 345 nəfərdən 1256-sında infeksiya aşkar olunub. Xəstəlik səbəbindən ölənlərin əksəriyyəti yaşlılardır.
Bu xəbər oxucular tərəfindən 496 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed