Şrift:
Misir Prezidenti koronavirusla mübarizəyə 6 milyard dollardan çox vəsait ayırıb
23.03.2020 [09:43] - Gündəm, Siyasət
Misir Prezidenti Əbdülfəttah əs-Sisi koronavirus pandemiyası ilə bağlı keçirdiyi müşavirədə ölkə vətəndaşlarını xəstəliyin yayılmasının qarşısını almaq üçün daha iki həftə ərzində qaydalara riayət etməyə çağırıb.

Yerli telekanallarda canlı yayımlanan tədbirdə geniş nitq söyləyən dövlət başçısı COVID-19-un yayılmasının qarşısını almaq məqsədilə 100 milyard Misir funtu (6,39 milyard dollar) ayrıldığını bəyan edib.

O bildirib ki, turizm obyektlərinin, digər müəssisələrin fəaliyyətinin dayandığı, habelə aeroportların bağlandığı bir vaxtda ölkənin fond birjasının dəstəklənməsi məqsədilə Misir Mərkəzi Bankı əlavə 20 milyard Misir funtu (1,28 milyard dollar) ayıracaq.
Misir Prezidenti qeyd edib ki, COVID-19 çox sürətlə yayılır və qısa zamanda minlərlə insan bu virusa yoluxa bilər. O, əhalini qaydaları pozan obyektlər barədə hökumətə məlumat verməyə çağırıb.

Əbdülfəttah əs-Sisi vurğulayıb ki, dövlətin kifayət qədər maliyyə və ərzaq imkanları var, vətəndaşlar ev karantinində də əziyyət çəkməyəcəklər. Vurğulanıb ki, Misir ən azı üç aylıq ərzaq ehtiyatına malikdir.
Bu xəbər oxucular tərəfindən 69 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed