Şrift:
Şərqi Azərbaycanda 20 nəfər spirtdən ölüb
23.03.2020 [11:27] - Güney Azərbaycan xəbərləri
Təbriz Tibb Universitetinin dərman üzrə rəis müavini əyalətdə bir ay ərzində 20 nəfərin spirtdən öldüyünü bildirib.



Ruzbeh Rəcayi bu barədə martın 22-də mətbuata məlumat verib.



“Şərqi Azərbaycanda fevralın 20-dən bu günədək 230 nəfər texniki spirt içdiyinə görə zəhərlənib. Onlardan 20-i həyatını itirib. Tibbi müəssisələrə müraciət edənlərin çoxu Təbriz və Əhər şəhərlərindən olub.”- deyə o bildirib.



Ruzbeh Rəcayinin sözlərinə görə, müraciət edənlərin əksəriyyətinin yaşı 45-dən az olub. Zəhərlənənlər arasında qadınlar da var.



Təbriz Tibb Universitetinin rəisi vurğulayıb ki, kimsə koronavirusdan qorunmaq məqsədi ilə spirt və alkoqollu içki içirsə, yanılır. Bu şəkildə spirtin koronavirusa heç bir təsiri yoxdur, əksinə insan ölüm və görmə qabliyyətini itirmə kimi təhlükələrlə üzləşir.



Qeyd edək ki, ötən həftələrdə İran və Güney Azərbaycanda spirtin koronavirusun qarşısını alması ilə bağlı şayiələr yayılıb. Bundan sonra bir çoxları şayiəyə inanaraq spirt içməyə başlayıb.

Koronavirus epidemiyası yayıldığı günlərdə Ərdəbil və Həmədan əyalətlərində də çox sayda insan texniki spirtdən zəhərlənmişdir. Zəhərlənənlərdən 19-ü Ərdəbildə, 5-i isə Həmədanda həyatını itirib.
Bu xəbər oxucular tərəfindən 40 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed