Şrift:
İsmayıllının mədəniyyət müəssisələri dezinfeksiya olunur
23.03.2020 [11:42] - Gündəm, Mədəniyyət
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində dezinfeksiya işləri davam etdirilir.

Regional mədəniyyət idarəsinin mətbuat xidmətindən bildirilib ki, dezinfeksiya işləri bütün mədəniyyət müəssisələrində, o cümlədən Heydər Əliyev Mərkəzində, Heydər Əliyev adına Mədəniyyət Mərkəzində, rayon mərkəzi kitabxana sistemində, Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbində, Dövlət Rəsm Qalereyasında, Tarix-Diyarşünaslıq Muzeyində aparılır.

Dezinfeksiya işləri müvafiq qurumlardan dəvət olunan mütəxəssislər tərəfindən yerinə yetirilir.
Bu xəbər oxucular tərəfindən 62 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed