Şrift:
Rusiyada Konstitusiyaya dəyişikliklərlə bağlı səsvermə təxirə salına bilər
23.03.2020 [12:16] - Xəbərlər, Siyasət
Rusiyada Konstitusiyaya dəyişikliklərlə bağlı səsvermə təxirə salına bilər.

“Vedomosti” qəzetinin yazdığına görə, Konstitusiyaya dəyişikliklərlə bağlı aprelin 22-ə təyin edilmiş ümumxalq səsverməsi koronovirus pandemiyası ilə əlaqədar iyuna keçirilə bilər. Bu barədə qəti qərarın martın 25-nə qədər elan olunacağı bildirilir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova ilə görüşündə bildirmişdi ki, koronovirus ilə əlaqədar vəziyyət imkan verərsə, səsvermə müəyyən edilmiş vaxtda keçiriləcək. Prezident vurğulamışdı ki, vəziyyətdən asılı olaraq, müvafiq qərar qəbul edəcək.
Bu xəbər oxucular tərəfindən 277 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed