Şrift:
Soydaşlarımız “Səhənd” kanalında kürd serialının yayımlanmasına etiraz edir – Şərqi Azərbaycanda
23.03.2020 [16:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan Əyalətinin yerli “Səhənd” kanalında kürd serialının yayımlanması soydaşlarımızın kəskin etirazına səbəb olub.



İran məsulları Novruz bayramı günlərində təhrikedici hərəkətə yol verərək Azərbaycan əhalisi üçün kürd ləhcəsində çəkilmiş “N.X” adlı serial yayımlayır. Serialın gizli məqsədlərə xidmət etdiyinin fərqində olan soydaşlarımız bu təhrikedici hərəkətin səbəbini soruşur: Heç bir kürdün yaşamadığı əyalətdə kürd serialının yayımlanmasına nə ehtiyac var?!



Azərbaycanlı sosial şəbəkə istifadəçilərinin fikrinə görə, İran rejimi bu kimi işləri ilə Azərbaycan əhalisini bölgənin kürdləşdirilməsi prosesinə hazırlayır, bunun üçün psixoloji zəmin yaradır.



Şərqi Azərbaycanın “Səhənd” kanalının məsulları birbaşa Tehrandan idarə olunur. Bu kanal hər zaman türk dilinin zəifləməsi, Azərbaycanın tarix və mədəniyyətinin təhrif edilməsinə çalışıb.



İran rejimi müxtəlif üsullar, o cümlədən kürd terror qruplaşmalarının fəaliyyətinə şərait yaratmaqla Güney Azərbaycanın qərb bölgəsini kürdləşdirməyə çalışır. Rejim bölgənin demoqrafik tərkibinin dəyişməsini planlaşdırır
Bu xəbər oxucular tərəfindən 46 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed