Şrift:
Qumda koronavirusa yoluxanlar və xəstəlikdən ölənlər arasında çoxlu sayda tibbi personal da var
24.03.2020 [09:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qum əyalətində koronavirusa yoluxanların 40-ı həkim, 130-u isə tibb bacısıdır.



Qum Tibb Elmləri İnstitutunun yaydığı məlumata əsasən, bu günə qədər virusa yoluxmuş 2 tibb bacısı isə dünyasını dəyişib.



Qeyd etmək lazımdır ki, İranda koronavirus pandemiyası ilkin olaraq Qumdan yayılmağa başlamışdı. Fevralın 19-da Qum şəhərinin iki sakininin ölməsindən sonra İran Səhiyyə Nazirliyi onların ölüm səbəbinin koronavirus olduğunu bəyan etmişdi.



Bundan sonra çağırışlara rəğmən, dövlətin Qumu karantinə almaması nəticəsində virus sürətlə digər əyalətlərə də yayılmağa başladı.
Bu xəbər oxucular tərəfindən 265 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed