Şrift:
İranın Türbəti-Cam şəhərində saxta spirtdən zəhərlənənlərin sayı 149 nəfərə, ölənlərin sayı isə 13 nəfərə çatıb
24.03.2020 [09:52] - Güney Azərbaycan xəbərləri
İranın Rəzəvi Xorasan əyalətinin Türbəti-Cam şəhərində saxta spirtdən zəhərlənənlərin sayı 149 nəfərə, ölənlərin sayı isə 13 nəfərə çatıb.



Bu barədə, Türbəti-Cam Tibb Elmləri Fakultetinin dekanı Məhəmməd Əfkar martın 23-də jurnalistlərə açıqlama verib.



O deyib ki, insanların özlərini koronavirusdan qorumaq üçün yanlış olaraq, spirtli içkilərə pənah aparması, onların görmə qabiliyyətlərini itirməsinə, böyrəklərinin sıradan çıxmasına və ölümünə gətirib çıxarır: “Saxta spirtdən həyatlarını itirən 13 nəfərdən bir neçəsi Türbəti-Cam şəhərinin Səccadiyyə xəstəxanasında, qalanları isə Məşhədin tibb mərkəzlərində keçiniblər.



Spirtdən zəhərlənən 149 nəfərə gəlincə, onların əksəriyyəti ayaqüstü müalicə aldıqdan sonra evə buraxılsa da, onlardan 29-u hazırda Türbəti-Cam və Məşhəd xəstəxanalarında müalicə alırlar. Həmin şəxslərdən 6-sının səhhəti ağırdır və onlar xüsusi həkim nəzarətində saxlanılırlar. Bir daha vətəndaşlara xəbərdarlıq edərək bildiririk ki, spirtli içkilər koronavirusa yoluxmanın qarşısını almır, insanı xəstəlikdən qorumur” - deyə, Türbəti-Cam Tibb Elmləri Fakultetinin dekanı Məhəmməd Əfkar mediaya açıqlamasında bəyan edib.
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed