Şrift:
Şəki şəhərində dezinfeksiyaedici tədbirlər intensivləşdirilib
24.03.2020 [09:58] - Gündəm, Sağlıq
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şəki şəhərində tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər davam etdirilir. Şəhər İcra Hakimiyyəti yanında yaradılan operativ qərargah Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.

Martın 23-də Şəki şəhərinin prospekt və küçələrində, insanların sıx toplaşdığı ərazilərdə, yaşayış məhəllələrində növbəti dəfə dezinfeksiyaedici tədbirlər həyata keçirilib. Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssislərinin iştirakı və Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikasının köməyi ilə Şəki şəhərinin küçələri xüsusi maddələrlə yuyulub, yaşayış binalarının giriş blokları və pilləkənlər dezinfeksiya edilib.

Dezinfeksiyaedici tədbirlər növbəti günlərdə də davam etdiriləcək.
Bu xəbər oxucular tərəfindən 34 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed