Şrift:
Avstraliyada yeni koronavirusa yoluxanların sayı 1800 nəfəri ötüb
24.03.2020 [10:07] - Xəbərlər, Sosial
Avstraliyada martın 24-ə olan məlumatlara görə, yeni koronavirusa yoluxanların sayı 1800 nəfəri ötüb.

Bu barədə Avstraliyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, son sutka ərzində 344 nəfərin yeni koronavirusa yoluxduğu qeydə alınıb. Beləliklə, həmin virusla xəstələnənlərin sayı 1823 nəfərə çatıb. Ən çox yoluxmanın Yeni Cənubi Uels ştatında qeydə alındığı bildirilir – 818 nəfər.

Bununla yanaşı, yeni virusa yoluxanlardan cəmi yeddi nəfərin vəfat etdiyi qeyd edilir.
Bu xəbər oxucular tərəfindən 32 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed