Şrift:
Rusiya Xəzər suitilərini “Qırmızı kitab”a daxil edəcək
24.03.2020 [11:13] - Gündəm, Sosial
Rusiya Xəzər suitilərini “Qırmızı kitab”a daxil edəcək.

Rusiya Təbii Ehtiyatlar və Ekologiya Nazirliyinin nadir və kökü kəsilməkdə olan heyvan və bitkilər üzrə komissiyası belə qərar qəbul edib.

Nazirlikdən bildiriblər ki, hazırda Xəzərdə 70 minə yaxın suiti qalıb. Bu heyvanların sayının getdikcə azalması müşahidə olunur.

Qeyd edək ki, Azərbaycan və Türkmənistan Xəzər suitilərini artıq “Qırmızı kitab”larına daxil ediblər.
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed