Şrift:
Balakəndə koronavirus əleyhinə tədbirlər gücləndirilib
24.03.2020 [13:03] - Gündəm, Sosial
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Balakən rayonunda tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilir.

Martın 23-24-də rayon icra hakimiyyətinin inzibati binasında, Balakən şəhərinin küçə və prospektlərində, yaşayış məhəllələrində növbəti dəfə dezinfeksiya tədbirləri həyata keçirilib. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssislərinin iştirakı ilə şəhərin küçələri suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla yuyulub.

Eyni zamanda, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün sakinlər arasında geniş maarifləndirmə və təbliğat işləri aparılır.

Dezinfeksiya tədbirləri növbəti günlərdə də davam etdiriləcək.
Bu xəbər oxucular tərəfindən 31 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed