Şrift:
Özbəkistanda koronavirusla bağlı rəsmi portal yaradılıb
25.03.2020 [10:57] - Xəbərlər, Siyasət
Özbəkistanda koronavirusla bağlı rəsmi coronavirus.uz portalı yaradılıb.

Özbəkistanın Səhiyyə Nazirliyinin yaratdığı portalda ölkədə və dünyada koronavirusla bağlı son məlumatlar yer alacaq. Saytda oxucular, həmçinin həkimlərin bu virusdan qorunmaq ilə bağlı məsləhətləri ilə də tanış olacaqlar.

Bundan başqa, Səhiyyə Nazirliyi koronavirusla bağlı 1003 qısa nömrəli sorğu mərkəzi yaradıb. Sutka ərzində bu nömrəyə zəng edib müvafiq informasiyalar almaq olar. Adamlar bu nömrədən koronavirusla əlaqədar müalicədə olan və karantinə yerləşdirilən qohumlarının vəziyyətini öyrənə bilərlər.
Bu xəbər oxucular tərəfindən 265 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed