Şrift:
Musiqili Teatr da Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti köçürüb
25.03.2020 [11:23] - Gündəm, Mədəniyyət
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı dünyanı cənginə alan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürdüyü təşəbbüsə qoşulub.

Teatrın mətbuat xidmətindən bildirilib ki, sənət ocağının rəhbərliyinin aylıq əmək haqqından könüllülük prinsipi əsasında ayırdığı vəsait ölkə başçısının “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed