Şrift:
Kuril adalarında sunami təhlükəsi elan olunub
25.03.2020 [12:11] - Gündəm, Hadisə
Rusiyanın Kamçatsk diyarının Petropavlovsk-Kamçatsk şəhərindən 500 kilometr məsafədə 7,6 bal gücündə zəlzələ baş verib.

Diyarın 4 rayonunda 5 bal gücündə zəlzələ hiss olunub. Saxalin vilayətinin Şimali Kuril rayonunda sunami təhlükəsi elan olunub. Rayonun əhalisi təxliyə edilib. İlk sunami dalğasının hündürlüyü 50 santimetr olub.

Ölən və dağıntı qeydə alınmayıb.
Bu xəbər oxucular tərəfindən 45 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed