Şrift:
Pakistanda koronavirusa yoluxanların sayı min nəfəri keçib
25.03.2020 [13:11] - Xəbərlər, Siyasət
Pakistanda yeni növ koronavirusa yoluxanların sayı min nəfəri keçib. Martın 23-də bu rəqəm 799 olub.

Pakistan mətbuatı xəbər verir ki, Sind əyalətində 413 adam bu virusa yoluxub. Pəncabda 296, Bəlucistanda 115, Qilqit-Baltistanda 81, Xayber-Paxtunxvada 78, İslamabadda 16 adam virusa tutulub. Ölkə üzrə 7 nəfər koronavirusdan ölüb.

Martın 25-dən yük təyyarələri və xüsusi reylər istisna olmaqla, ölkədaxili aviareyslər, dəmir yolu və ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
Bu xəbər oxucular tərəfindən 44 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed