Şrift:
Amerika əhaliyə 6 trilyon dollar həcmində yardım edəcək
26.03.2020 [09:50] - Xəbərlər, Sosial
Amerika Birləşmiş Ştatlarında (ABŞ) koronavirus pandemiyası ilə əlaqədar maliyyə yardımının ümumi məbləği təqribən 6 trilyon ABŞ dolları təşkil edəcək.



“RİA Novosti” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın iqtisadi məsələlər üzrə müşaviri Larri Kudlou deyib.



“Yardım paketinin ümumi həcmi altı trilyon ABŞ dollarıdır: iki trilyon ABŞ dolları- birbaşa yardım, təxminən dörd trilyon ABŞ dolları - federal ehtiyatdan verilən kreditlərdir (ABŞ Federal Ehtiyatlar Sistemi - red.).



Bu, ABŞ tarixində amerikalılara - işsizlərə, ailələrə, fərdi sahibkarlara nağd və kredit şəklində veriləcək ən böyük maliyyə yardımı paketi olacaq. Çətin bir dövr olacaq, ancaq bu həftələr olacaq. İllərlə olmamalıdır”-deyə, o bildirib.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed