Şrift:
Pompeo: "Ruhaninin İran xalqına ən yaxşı xidməti Amerikanın kömək təklifinə müsbət cavab verməsi olar"
26.03.2020 [09:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İran prezidenti Həsən Ruhaninin rəsmi Vaşinqtonun koronavirusla mübarizə üçün təklif etdiyi köməyi qəbul etməmələri ilə bağlı səsləndirdiyi fikirlərə reaksiya verib.



O bildirib ki, Həsən Ruhani Vuhan Virusunun yayılmasına görə Amerikanı ittiham etmək kimi xam düşüncələr əvəzinə, ABŞ-ın təklif etdiyi köməyə hə deməklə. İran xalqına ən yaxşı xidməti göstərə bilər.



Xatırladaq ki, rəsmi Vaşinqton bir müddət əvvəl koronavirusla mübarizə üçün Tehrana kömək təklif etmişdi. Lakin sonuncu bunu qəbul etməmişdi.



Həsən Ruhani martın 23-də etdiyi çıxışda bildirmişdi ki, Amerikanın koronavirus səbəbindən yaranmış çətin bir vəziyyətdə İrana kömək etmək istəməsi "tarixin böyük yalanlarından biridir". O, həmçinin ABŞ əleyhinə fikirlər səsləndirmişdi.
Bu xəbər oxucular tərəfindən 239 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed