Şrift:
Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 60 nəfərə çatıb
26.03.2020 [10:16] - Xəbərlər, Sağlıq
Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 60 nəfərə çatıb.

Özbəkistan Səhiyyə Nazirliyindən bildiriblər ki, martın 25-də bu virusa yoluxanların sayı 55 nəfər olub. 24 saat ərzində daha 5 adamda koronavirus aşkar edilib. Nazirlikdən deyiblər ki, virusa tutulanlar arasında dörd nəfərin vəziyyəti ağırdır. Xəstələr Özbəkistan Elmi-Tədqiqat Virusologiya İnstitutunun klinikasında müalicə alırlar.

Ölkədə karantinə götürülənlərin sayı günbəgün artır.
Bu xəbər oxucular tərəfindən 23 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed