Şrift:
Güney azərbaycanlı şagird: Fars dilinin qorunub saxlanılması üçün heçnə edən deyiləm
26.03.2020 [10:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiya şəhərində bir azərbaycanlı məktəbli fars dili və ədəbiyyatı dərsliyinin ev tapşırığı bölümündə sözdə ölkənin milli dili adlandırılan fars dili ilə bağlı diqqətçəkici sözlər yazıb.



İnsan hüquqlarına zidd olaraq ölkədə yaşayan bütün millətlərin “iranlı” və eyni milli kimliyə malik olduğu iddia edilən kitabda şagirdlərdən “milli dilin qorunması üçün nə edə bilərsiniz?” sualına cavab vermələri tələb olunub.



Urmiyalı uşaq sualın cavabında yazıb:

“Fars dili İranda rəsmi dildir. Lakin iranlıların milli dili deyil. İranda türk, ərəb, bəluç, lor, fars və s. yaşayır. Bu qövmlərin birinin dili bütün iranlıların milli dili sayıla bilməz. Mənim milli dilim türk dilidir.”



Azərbaycanlı şagird ev tapşırığının ana dili ilə bağlı nəzərdə tutulan bölümündə isə belə yazıb:

“Ana dilimin, yəni türk dilinin əzəmət və böyüklüyü ilə bağlı deməliyəm ki, bu dil Çin və Sibirdən tutmuş Avropanın mərkəzinə qədər 300 milyondan çox insanın ana dilidir. Türk dilində olan neçə minillik əsərlər bu dilin əzəmətini göstərir. Hər millətin etibar və başucalığı ana dilini saxlamaqla mümkün olur.”



Qeyd edək ki, İranda bir neçə millətin yaşamasına rəğmən bu ölkədə təkdilli təhsil sistemi mövcuddur. 30 milyondan çox Azərbaycan türk millətinin övladları öz ana dilində təhsil ala bilmir. Bu məsələ uzun illərdir azərbaycanlıların kəskin etirazına səbəb olur, lakin bu günədək problemin həlli istiqamətində hər hansı addım atılmayıb.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed