Şrift:
Malayziya kralı karantinə yerləşdirilib
26.03.2020 [16:33] - Gündəm, Sağlıq
Malayziya kralı Sultan Abdulla Riyətəddin əl-Mustafa və kraliça Əzizə Əminə Maymuna İsgəndəriyyədə karantinə yerləşdirilib.

Buna səbəb kral sarayının yeddi əməkdaşında koronavirusun aşkar edilməsi olub.

Qeyd olunur ki, kral və kraliça üzərində keçirilən test mənfi göstərib. Buna baxmayaraq, onların 14 gün müddətinə karantinə alınması məsləhət görülüb.

Bu günədək Malayziyada 1 796 nəfər koronavirusa yoluxub, 21 nəfər vəfat edib.
Bu xəbər oxucular tərəfindən 50 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed