Şrift:
Abşeronda aksiya: Böyüklərimizi qoruyaq
26.03.2020 [16:36] - Gündəm, Sosial
Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Abşeron rayonunda “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiya start götürüb. İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və “Azərmaş” ASC-nin birgə təşəbbüsü əsasında keçirilən aksiya ilə əlaqədar rayon icra hakimiyyətinin və 50 saylı Abşeron-Qobustan seçki dairəsindən olan deputat Şahin Seyidzadənin təşkilatçılığı ilə “könüllü qərargahı” yaradı

Qərargahın yaradılmasında əsas məqsəd Abşeron rayonu ərazisində yaşayan və yaşı 65-dən yuxarı olan tənha vətəndaşları sosial qayğı ilə əhatə etmək, onlara sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas istehlak mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə lazımi kömək göstərilməsidir. Könüllülərin və “Azərmaş” ASC-nin yaxından dəstəyi ilə həyata keçirilən aksiya zamanı vətəndaşlara öz evlərində ödənişsiz sosial xidmətlər göstərilib.

Belə ki, bu gün qərargaha 3 çağırış edilib. Onlardan Quliyeva Firəngiz Gülmürzə qızına (74 yaşı) ərzaq məhsulları alınıb və qaz sayğacının balansı artırılıb, Abbasquliyeva Emilya Salman qızına (69 yaş) dərman vasitələri alınıb. Digər üçüncü ahıl isə sonradan hər hansı xidmətin göstərilməsindən imtina edib.

“Böyüklərimizi qoruyaq!” sosial aksiyasında ünvanlara daha tez, rahat getmək və kömək göstərilməsi işlərini operativ icra etmək üçün ödənişsiz taksi xidmətindən istifadə olunur.
Bu xəbər oxucular tərəfindən 60 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed