Şrift:
İranın Əlbürz əyalətində spirtdən ölənlərin sayı 31 nəfərə çatıb
27.03.2020 [10:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Əlbürz əyalətində saxta spirtdən zəhərlənənlərin sayı 147-ə, ölənlərin sayı isə 31 nəfərə çatıb.



Bu barədə, Əlbürz əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin rəisi Mehrdad Babayi martın 26-da mediaya açıqlamasında xəbər verib.



Babayi bildirib ki, ötən ay yarım ərzində koronavirusun ölkədə geniş yayılmasının ardınca bəzi aldanmış və məlumatsız insanların şayiələrə uyaraq, özlərini “Covid-19” infeksiyasından qorumaq üçün spirtli içkilərə üz tutmasının sayı artıb: “Təəssüflər olsun ki, fevralın son günlərindən başlayaraq bu günə qədər Əlbürz əyalətində saxta spirtli içkilərdən zəhərlənənlərin sayı, 147-ə, ölənlərin sayı isə 31 nəfərə yüksəlib.



Bir daha bildiririk ki, koronavirus insan bədəninə tənəffüs mukozası (burun, traxeya və ağciyər hüceyrələri), eləcə də ağız və gözlər yolu ilə daxil olur. İçilən spirt isə birbaşa mədəyə gedir və onun virusa hər hansı bir təsiri yoxdur. Daha doğrusu, spirtli içkilər koronavirusa yoluxmanın qarşısını almır” -deyə, Əlbürz əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin rəisi Mehrdad Babayi bəyan edib.
Bu xəbər oxucular tərəfindən 25 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed