Şrift:
Neftin qiymətinin azalması ölkəmizin beynəlxalq kredit reytinqinə təsir göstərməyib
27.03.2020 [10:43] - Gündəm, İqtisadiyyat
Dünya bazarlarında neft qiymətlərinin kəskin səviyyədə aşağı düşməsi səbəbindən aparıcı üç beynəlxalq kredit reytinq agentliyindən biri olan “Standard end Purz” (Standard and Poor’s) agentliyi neft ixrac edən ölkələrin reytinqlərinin növbədənkənar qiymətləndirilməsinə qərar verib.
Maliyyə Nazirliyindən bildirilib ki, həmin qiymətləndirmə Azərbaycan Respublikası üçün də aparılıb. Martın 26-da “Standard end Purz” agentliyinin yaydığı açıqlamada ölkəmizin beynəlxalq reytinqində hər hansı dəyişikliyin baş vermədiyi əksini tapıb. Beləki, Azərbaycan Respublikası beynəlxalq kredit reytinqi dəyişməyərək “BB+” səviyyəsində, uzunmüddətli proqnoz isə “sabit” olduğunu təsdiq edib.

Agentliyin yayımladığı hesabatda Azərbaycanın beynəlxalq kredit reytinqinin və reytinq üzrə proqnozun bir daha təsdiq olunması ölkənin əhəmiyyətli valyuta ehtiyatlarına, güclü fiskal mövqeyə (aktivlərə), habelə aşağı xarici borc səviyyəsinə malik olması ilə əsaslandırılıb.

Məlumat üçün bildiririk ki, “Standard end Purz” agentliyi ənənəvi olaraq ildə iki dəfə, yanvar və iyul aylarında Azərbaycanın kredit reytinqi üzrə qiymətləndirilməsini aparır. Ən son qiymətləndirmə cari il yanvarın 25-də həyata keçirilib və müvafiq hesabat agentlik tərəfindən dərc olunub.
Bu xəbər oxucular tərəfindən 69 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed