Şrift:
İranın Kirman əyalətində 5,4 bal gücündə zəlzələ baş verib
27.03.2020 [13:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Martın 27-də İranın Kirman əyalətinin Faryab şəhəri yaxınlığında Rixter cədvəli üzrə 5,4 bal gücündə zəlzələ baş verib.



Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinin yaydığı məlumata əsasən, zəlzələ yerli vaxtla sübh saat 11:10 radələrində Kirman əyalətinin cənubunda yerləşən Faryab şəhərinin 24, Kəhnuc şəhərinin isə 56 kilometrliyində, yerin 14 kilometr dərinliyində qeydə alınıb.



Zəlzələ bölgəsinə xilasedicilərin cəlb edildiyi bildirilir. Güclü zəlzələnin mümkün dağıntılara və ya insan tələfatına səbəb olub-olmaması barədə hələ ki, hər hansı bir məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed