Şrift:
İran rəsmisi: “Qəzvin əyalətinin 37 tibb işçisi koronavirusa yoluxub”
27.03.2020 [13:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Qəzvin əyalətinin Tibb Elmləri Universitetinin rəhbəri Peyman Namdar martın 27-də mediaya açıqlamasında əyalətin “Covid-19” virusuna yoluxmuş tibbi personalının sayının artmasından xəbər verib.



O deyib ki, Qəzvində və əyalətin digər şəhərlərində korona infeksiyasına yoluxmuş xəstələrin sağalması üçün öz həyatlarını təhlükəyə salan tibbi personalın bəziləri virusa yoluxub: “Təəssüflər olsun ki, Qəzvin əyalətinin tibb işçilərindən olan 37 nəfər koronavirusa yoluxub. İnfeksiyaya yoluxanlardan 5-i həkim, qalanları isə tibb bacıları və işçiləridir.



Hazırda virusa yoluxmuş həmin şəxslər Qəzvinin və əyalətin digər şəhərlərinin xəstəxanalarında karantinə alınaraq, həkimlərin nəzarətində müalicə alırlar” -deyə, Qəzvin əyalətinin Tibb Elmləri Universitetinin rəhbəri Peyman Namdar əlavə edib.



Namdar həmçinin bildirib ki, Qəzvin əyalətində bu günə qədər koronavirusa yoluxanların sayı 794 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 97 nəfərə çatıb.
Bu xəbər oxucular tərəfindən 249 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed