Şrift:
Estoniyada koronavirusa yoluxanların sayı 575 nəfərə çatıb
28.03.2020 [10:26] - Gündəm, Sağlıq
Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 37 nəfər artaraq 575-ə çatıb.

Bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 8121 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə götürülən 1010 nəfərin analizinin 37-nin nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günə qədər koronavirusdan 1 ölüm hadisəsi qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 103 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed