Şrift:
İran həbsxanalarının birindən 80-dan çox məhbus qaçıb
28.03.2020 [10:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Kürdüstan əyalətinin Saqqız şəhərində yerləşən həbsxanadan 80-dan çox məhkum qaçıb.



Yayılan xəbərlərə görə, məhkumlar öncə həbsxanada qiyam ediblər. Yaranan qarışıqlıq nəticəsində onlardan 80 nəfərdən çoxu qaçmağa müvəffəq olub.



Məhbuslar koronavirus səbəbindən məzuniyyətə buraxılmamaları və həbsxananın anti-sanitar şəraitinə görə etiraz ediblər.



Polis qaçan bir neçə məhkumu saxlaya bilib. Lakin əksər məhbuslar qaçmağa müvəffəq olduğundan, onların ölkəni tərk edə bilməmələri üçün sərhəd bölgələrinə gedən bütün yollar qapadılıb.



Ötən günlər ərzində də oxşar səbəblərə görə Əligudərz, Fəşafuyə və Təbriz zindanlarında məhkumların qiyamı baş vermişdi.
Bu xəbər oxucular tərəfindən 86 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed