Şrift:
Kiyanuş Cahanpur: "Novruz günlərində səyahətə gedənlərin içərisində çoxlu sayda koronavirusa tutulan və ölən var"
28.03.2020 [10:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Səhiyyə Nazirliyinin sözçüsü insanların Novruz günlərində digər bölgələrə səfər etmələrinin ölkədə koronavirusun yayılmasını daha da şiddətləndirdiyini deyib.



O, eyni zamanda qeyd edib ki, həmin insanlar içərisində səyahətə getmək səbəbindən koronavirusa yoluxan və ya bu xəstəlikdən ölən çoxlu sayda insan var.



Kiyanuş Cahanpur bildirib ki, səfərə gedənlərin hamısının öz yaşadıqları bölgələrə qayıtmasından sonra ölkə ərazisində sözügedən pandemiyaya yoluxanların sayının gələcək günlərdə kəskin artacağı proqnozlaşdırılır.



Qeyd etmək lazımdır ki, İranda koronavirus yayılan ilk günlərdən insanlar və bəzi siyasətçilər dövləti şəhərləri karantinə almağa çağırırdılar. Lakin rejimin bu bu çağırışlara məhəl qoymaması nəticəsində virus tezliklə əksər bölgələrə ayaq açdı.
Bu xəbər oxucular tərəfindən 303 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed