Şrift:
Sutka ərzində Özbəkistanda 16 nəfər yeni koronavirusa yoluxub
28.03.2020 [12:26] - Gündəm, Siyasət
Özbəkistanda yeni koronavirusa (COVID-19) yoluxanların sayı 104-ə çatıb.

Özbəkistan Nazirlər Kabineti yanındakı Operativ Qərargah xəbər verir ki, Moskvadan və İstanbuldan gələnlərin və karantində olanların hesabına sutka ərzində koronavirusa yoluxanlar 104 nəfər olub. Virusa yoluxanlar Özbəkistan Elmi-Tədqiqat Virusologiya İnstitutunun klinikasında müalicə alırlar.
Hazırda ölkədə karantində 65 min 511 nəfər var. Onların 15 min 355-i xəstəxanalarda, 50 min 176-sı ev şəraitində karantin rejimindədir.
Bu xəbər oxucular tərəfindən 106 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed