Şrift:
Sarabın millət vəkili koronavirus infeksiyası ilə mübarizədə yol verilən ayrı-seçkiliyə etiraz bildirib
28.03.2020 [12:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycanın Sarab şəhərinin İran parlamentindəki millət vəkili koronavirus infeksiyası ilə mübarizədə ayrı-seçkiliyə yol verildiyini bildirib.



Yusif Davudi bu barədə “Fars” xəbər agentliyinə danışıb.

“Statistik məlumatlara görə, Sarabda koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayı olduqca çoxdur. Bu baxımdan Sarabın vəziyyəti Qum və Gilan şəhərlərinə oxşayır. Hətta Şərqi Azərbaycan əyalətində ən çox koronavirus infeksiyasının yayıldı şəhərdir. Sarab təhlükəli virusa yoluxan və bu xəstəlikdən ölənlərin sayına görə də əyalət üzrə birinci yerdədir.”- deyə o bildirib.



Millət vəkili koronavirus infeksiyası ilə mübarizədə təmsil etdiyi şəhərə büdcə vəsaiti ayrılmadığını kəskin tənqid edib.

“Son günlərdə hökumət rəsmiləri maska, qoruyucu geyim, dezinfeksiya vasitələri və s. almaq üçün virusun çox yayıldığı şəhərlərə milyardlar tümən məbləğində vəsait ayrıldığını bildirir. Təəssüflər olsun ki, Sarab Tibb Fakultetinə, bəlkə də bizim əyalətimizə bir rial belə ödənilməyib. Bu vəziyyət səbəb olub ki, Sarab və Şərqi Azərbaycan xəstəxanaları tibbi xidmət üçün lazımi imkanların əldə edilməsində problemlə üzləşsin.”- deyə o vurğulayıb.



Azərbaycanlı millət vəkili sözlərinin sonunda İran prezidentindən koronavirus xəstələri ilə əlaqədar Şərqi Azərbaycan və Sarab Tibb Fakultetinin payına düşən büdcənin ödənilməsi barədə göstəriş verməsini istəyib.
Bu xəbər oxucular tərəfindən 107 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed