Şrift:
İranda daha 139 nəfər koronavirusdan ölüb. Ölənlərin sayı 2517 nəfərə yüksəlib
28.03.2020 [15:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bu gün mediaya açıqlamasında ölkədə son bir sutka ərzində koronavirusdan ölənlərin və xəstəliyə yoluxanların yeni statistikasını yayıb.



Cahanpur deyib ki, son 24 saat ərzində İran laboratoriyalarında daha 3076 nəfərin koronavirusa yoluxduğu aşkar edilərək qeydə alınıb: “Təəssüflər olsun ki, dünən günorta saatlarından indiyə qədər ölkədə daha 139 nəfər koronavirusdan ölüb. Bununla da bu günə qədər ölkədə “Covid-19” virusundan ölənlərin ümumi sayı 2517 nəfərə, infeksiyaya yoluxanların ümumi sayı isə 35 min 408 nəfərə yüksəlib.



Xoşbəxtlikdən, bu günə qədər xəstəliyə yoluxanlar arasında sağalanların da sayı artaraq, 11679 nəfərə çatıb. Həmçinin hazırda virusa yoluxmuş xəstələrdən 3206 nəfərinin səhhəti ağır olaraq qalır” -deyə, İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.
Bu xəbər oxucular tərəfindən 299 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed