Şrift:
İranın səhiyyə rəsmisi koronavirusun ölkədə yanvar ayından yayılması faktını etiraf edib
29.03.2020 [14:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Koronavirus Böhranı ilə Mübarizə üzrə Milli Qərargahının Epidemologiya Komitəsinin sədri Əli Əkbər Haqdust koronavirusun ölkədə gec aşkarlandığını deyib.



O, bu gün jurnalistlərlə video konfrans vasitəsilə keçirdiyi mətbuat konfransında koronavirusun ölkədə yanvar ayının sonlarından yayıldığını, lakin səhiyyə mütəxəssislərinin xəstələrdə virusun əlamətlərini gec aşkarladığını bildirib. Rəsmi qeyd edib ki, yanvar ayından etibarən virus ölkənin bir neçə şəhərində yayılıb, lakin həkimlər onun diaqnozunu müəyyənləşdirə bilməyiblər.



Qeyd etmək lazımdır ki, İran hökuməti bu faktları danır və koronavirusun ölkədə fevral ayının sonlarından yayılmağa başladığını iddia edir.



Bununla belə, İran Sahiyyə nazirinin müavini Rza Məlikzadə də martın 12-də jurnalistlərə verdiyi açıqlamada ölkədə koronavirusun yayılmasının gec elan edildiyini, ilkin vaxtlarda virusun əlamətlərini qriplə səhv saldıqlarını etiraf etmişdi.



Sabiq Səhiyyə naziri Həsən Qazizadə Haşimi də bir müddət öncə dövlətin koronavirusa qarşı apardığı mübarizə üsullarını kəskin tənqid edərək, dekabr ayının sonlarında ölkədə sözügedən pandemiyanın yayılması ilə bağlı təhlükələrin mövcud olmasına görə, həmin vaxt aidiyyatı orqanlara təkliflərini təqdim etdiyini bildirmişdi.
Bu xəbər oxucular tərəfindən 318 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed