Şrift:
Qəzvində spirtdən zəhərlənənlər var
30.03.2020 [12:14] - Güney Azərbaycan xəbərləri
Qəzvin Tibb Universitetinin müalicə işləri üzrə rəis müavini Dr. Kazimifər Qəzvində spirtdən 3 nəfərin zəhərləndiyini bildirib.



O bu barədə “Gənc Jurnalistlər Klubu”nun müxbirinə məlumat verib.

“Spirt məhlulu ilə bir çox şeyi dezionfeksiya etmək olar. Lakin koronavirusdan qorunmaq üçün spirt içmək faydasız, hətta təhlükəlidir. Qəzvində bu məqsədlə spirt içən üç nəfər zəhərlənib.”- deyə o bildirib.



Dr. Kazimifər əlavə edib ki, ölkədə yalan məlumata inanan bir çoxları spirt içib, onlar zəhərlənib, bəziləri isə həyatını itirib.



Tibb universitetinin rəis müavini vurğulayıb ki, əşyaları dezinfeksiya etmək üçün etanol spirtindən istifadə olunmalıdır. Bəziləri gəlir əldə etmək məqsədi ilə metanol adlanan digər spirt növünü satışa çıxarır. Bu spirt daha çox təhlükəlidir, onu içənlər sağlamlığını, bəzən isə həyatını itirir.



Qeyd edək ki, ötən həftələrdə İran və Güney Azərbaycanda spirtin koronavirusa yoluxmanın qarşısını almaqla bağlı şayiələr yayılıb. Bundan sonra bir çoxları şayiəyə inanaraq spirt içməyə başlayıb.

Koronavirus infeksiyası yayıldığı günlərdə Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Həmədan əyalətlərində də çox sayda insan texniki spirtdən zəhərlənmişdir. Zəhərlənənlərdən 20-i Şərqi Azərbaycan, 5-i Qərbi Azərbaycan, 19-ü Ərdəbil və 5-i Həmədan Əyalətində həyatını itirib.
Bu xəbər oxucular tərəfindən 123 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed