Şrift:
Bakıda 21 yaşlı qız özünü otel pəncərəsindən ataraq intihar edib
04.10.2012 [14:47] - Hadisə
Gənc qızın intihar etməsinin səbəbləri hələlik məlum deyil



Gecə Bakının Səbail rayonu Fikrət Əmirov kuçəsi 4 ünvanında yerləşən “Landmart” otelində intihar hadisəsi baş verib. Hadisə zamanı obyektin 20-ci mərtəbəsində yerləşən restoranda yeyib-içən 21 yaşlı Əliyeva Vəfa Mobil qızı sonradan həyatına qəsd edib. Vəfa Əliyeva özünü 20-ci mərtəbədəki restorandanın pəncərəsindən ataraq həyatına son qoyub. Hadisədən sonra əraziyə Səbail rayon polis idarəsi və prokurorluğunu əməkdaşlırı cəlb edilib. Meyid ilkin olaraq xarici müayinədən keçirilib.

Daha sonra isə Vəfa Əliyevanını meyidi ərtaflı müayinədən keirilməsi və onun ölum səbəbinin muəyyən edilməsi üçün meyid məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinin Səbail rayon şöbəsinə aparılıb.

Restoranın işçilərinin sözlərinə görə Vəfa Əliyeva bu gün saat təxminən 17.00 radələrində obyektə müştəri kimi daxil olub. Hadisə şahidləri iddia edir ki, mərhum xanım orada bir qədər spirtli içki qəbul edib və hesabı da vaxtında ödəyib. Bir saniyə içində restoran işçilərini gözlərindən yayınan Vəfa Əliyeva oturduğu masadan qalxaraq pəncərəyə yaxınlaşıb və özünü aşağı tullayıb.

Faktla bağlı Səbail rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci özünü öldürmə həddinə çatdırma madədsi ilə cinayət işi başlanılıb. İstintaq araşldırmalarından sonra Vəfa Əliyevanın nəyə görə həyatına qəsd etməsinin səbəblərinə aydınlıq gətiriləcək.
Bu xəbər oxucular tərəfindən 1147 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed