Şrift:
Çində qatar relsdən çıxıb, ölən və yaralananlar var
30.03.2020 [14:10] - Xəbərlər, Hadisə
Çinin Xunan vilayətində sərnişin qatarının beş vaqonunun relsdən çıxması nəticəsində bir nəfər ölüb, 4-ü ağır olmaqla 127 nəfər yaralanıb.

Cinan şəhərindən Quancou şəhərinə gedən qatar yerli vaxtla saat 11:40-da (Bakı vaxtı ilə 7:40) Xunan vilayətinin Yonsin dairəsində relsdən çıxıb. Qəzaya səbəb son günlər yağan yağışların yaratdığı torpaq sürüşməsi olub.

Qatarın maşinisti sürüşməni gördükdən dərhal sonra əyləci basıb qatarı saxlamağa çalışsa da, bu, nəticəsiz olub. Qəza zamanı qatarın lokomotivində yanğın da əmələ gəlib.

Hadisə yerinə gələn xilasedicilər yaralıları xəstəxanalara çatdırıblar.
Bu xəbər oxucular tərəfindən 285 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed