Şrift:
Güney Azərbaycanda koronavirus qurbanlarının sayı 500 nəfərə yaxınlaşır
30.03.2020 [14:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Rəsmi statistikalarına əsasən Güney Azərbaycan əyalətlərində son 24 saatda daha 164 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb və infeksiyaya tutulanların sayı 4280 nəfərə çatıb.



Güney Azərbaycanda infeksiyasından ölənlərin sayı isə 462 nəfər olub. Güney Azərbaycan bölgələri arasında ən yüksək yoluxma və itki faktı Şərqi Azərbaycan əyalətində qeydə alınıb.





Bu əyalətdə keçən 24 saat ərzində daha 82 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Təbriz Tibb Universitetinin rəis müavini Ruzbeh Rəcayi əyalətdə koronavirusa yoluxanların sayının 1443 nəfərə çatdığını bildirib.





O, keçən gün daha doqquz nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə qurbanların sayının 139 nəfərə çatdığını deyib.





Qəzvin əyalətində də 896 nəfərin koronavirusa yoluxduğu, 124 nəfərin həyatını itirdiyi təsdiqlənib. Qəzvin Güney Azərbaycanda virusa yoluxanların və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yeri tutur.



Qərbi Azərbaycanda isə infeksiyaya yoluxanların sayı 648 nəfərə çatıb. Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadənin dediyinə əsasən son 24 saatda daha 33 nəfərdə infeksiya aşkarlanıb.

Onun sözlərinə görə, Qərbi Azərbaycanda bu virusdan ölənlərin sayı 53 nəfərə çatıb.





Ərdəbil əyalətində də 398 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Ərdəbil Tibb Universitetinin rəis müavini Əfşin Fəthinin dediyinə görə, son 24 saat ərzində bu əyalətdə daha dörd

nəfər canını itirib və beləliklə infeksiyadan ölənlərin ümumi sayı 65 nəfərə çatıb.





Zəncan əyalətində də son rəsmi açıqlamalara görə, infeksiyaya yoluxanların sayı 540, xəstəlikdən ölənlərin sayı isə 52 nəfərdir.







Həmədan Əyalətində isə son rəsmi məlumat keçən həftə cümə axşamı günü açıqlanıb. Həmin məlumata əsasən, əyalətdə 355 nəfər koronavirusa yoluxub, onlardan 29-ü həyatını itirib.



İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alındıqdan sonra hökumət şəhəri karantinə almağa qarşı çıxaraq virusun bütün ölkəyə, o cümlədən Güney Azərbaycana yayılmasına, yüzlərcə insanın qurban olmasına yol verdi.
Bu xəbər oxucular tərəfindən 116 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed