Şrift:
Gürcüstan parlamentinin erməni əsilli deputatları arasında silahlı qarşıdurma olub
30.03.2020 [14:43] - Gündəm, Hüquq
Gürcüstan parlamentinin erməni əsilli deputatları arasında silahlı qarşıdurma baş verib.

Hadisə Axalkalaki bölgəsində, “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasından olan deputat Enzel Mikoyanın evinin yaxınlığında qeydə alınıb.

Silahlı qarşıdurma E.Mikoyan ilə “Milli Hərəkat” partiyasının sabiq deputatı Samvel Petrosyan arasında olub. Hər iki şəxs bir-birinə tapançadan atəş açıb.

Ölən və yaralananlar barədə məlumat yoxdur. Hadisənin dəqiq səbəbləri məlum olmasa da, insidentin siyasi amillərlə bağlı olduğu bildirilir.

Gürcüstan Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin “zorakılıq tətbiq etmə” və “qanunsuz silah gəzdirmə” maddələri ilə cinayət işi başlanıb.
Bu xəbər oxucular tərəfindən 246 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed