Şrift:
Avropa Birliyi Transxəzər layihəsi ilə bağlı Azərbaycanla danışıqlara başlayıb
27.10.2011 [11:50] - Gündəm
Avropa Birliyi Azərbaycan və Türkmənistanla Transxəzər qaz boru kəmərinin hüquqi bazası üzrə danışıqlara başlayıb.

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bu çərçivədə ilk görüşün Brüsseldə keçirildiyini deyib: “İlk danışıqlar oktyabrın ikinci ongünlüyündə Brüsseldə olub. Danışıqlarda Avropa Birliyi, Azərbaycan və Türkmənistan nümayəndələri iştirak edib”.

Xatırladaq ki, sentyabrın 7-də Avropa Birliyi Transxəzər layihəsi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün Avropa Komissiyasına mandat verib. Transxəzər qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) – Türkmənbaşı (Türkmənistan) – Bakı (Azərbaycan) – Tiflis (Gürcüstan) – Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9 milyard avro məbləğində qiymətləndirilir.

Sentyabrın 13-də Rusiya XİN bəyanatla çıxış edərək bildirib ki, 5 Xəzəryanı ölkə Xəzərin statusunu müəyyənləşdirənə qədər Transxəzər layihəsinin həyata keçirilməsi mümkün deyil.
Bu xəbər oxucular tərəfindən 481 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed