Şrift:
Naxçıvanda ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb, mağazaların ərzaqla təminatına diqqət artırılıb
31.03.2020 [11:55] - Xəbərlər, İqtisadiyyat
Dünyada pandemiya elan olunan koronavirusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması məqsədilə ərzaq mağazaları və apteklər istisna olmaqla, muxtar respublika ərazisindəki bütün iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb, mağazaların ərzaqla normal təminatına diqqət artırılıb, aidiyyəti qurumlarla birlikdə ehtiyatların yaradılması davam etdirilib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ümumilikdə, 261 ticarət obyektində maarifləndirici monitorinqlər aparılaraq ticarət obyektlərinin sahibkarları məlumatlandırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə mövcud vəziyyətlə bağlı fəaliyyətində durğunluq yaranmış xidmət sahələrində işçilərin öz hesabına məzuniyyətə buraxılmasının qarşısının alınması və həmin xidmət sahələrində çalışan işçilərə minimum əməkhaqqı məbləğində vəsaitin ödənilməsinin təmin edilməsi istiqamətində monitorinqlər keçirilib və 88 sahibkarlıq subyektinə bu barədə ətraflı məlumat verilib.
Bu xəbər oxucular tərəfindən 419 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed