Şrift:
Əhvazın Sepidar həbsxanasında məhkumların qiyamı baş verib
31.03.2020 [12:36] - Güney Azərbaycan xəbərləri
Əhvazın Sepidar həbsxanasında məhkumlar koronavirusun yayılmasına rəğmən, müvəqqəti azadlığa buraxılmadıqları üçün qiyam ediblər.



Məlumatlara əsasən, bir qrup məhkum həbsxanada mövcud olan tullantı qutuların yandırıblar. Bundan sonra həbsxananın inzibati binasında qarışıqlıq yaşanıb.



Hadisə nəticəsində ölən və yaralananın olmadığı, eləcə də heç bir məhkumun qaçmağa müvəffəq olmadığı deyilir.



Xatırladaq ki, ötən günlər ərzində İranın, habelə Güney Azərbaycanın zindanlarında oxşar səbəblərdən etirazlar baş tutub.
Bu xəbər oxucular tərəfindən 345 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed