Şrift:
İran Milli Oxçuluq Komandasının keçmiş üzvü koronavirusdan ölüb
31.03.2020 [12:54] - Güney Azərbaycan xəbərləri
İran Milli Oxçuluq Komandasının keçmiş üzvü Məsud Pejo koronavirusdan ölüb.



İran hökumət saytlarının yaydığı xəbərə əsasən, koronavirusa yoluxduğu səbəbilə bir neçə gündən bəri həkimlərin ciddi nəzarəti altında müalicə alan Məsud Pejo martın 30-da Tehran xəstəxanalarından birində keçinib.



Gənc idmançının “Covid-19” virusuna necə və nə vaxt yoluxduğu barədə hər hansı bir məlumat yayılmayıb.



Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 30-da mediaya açıqlamasında ölkədə koronavirus qurbanlarının yeni statistikasını yayıb.



O deyib ki, ötən bir sutka ərzində ölkədə “Covid-19” virusuna yoluxanların sayı 41495-ə, epidemiyadan ölənlərin sayı isə 2757 nəfərə yüksəlib.
Bu xəbər oxucular tərəfindən 143 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed