Şrift:
Rusiya və Türkiyə hərbçiləri Suriyada birgə yoxlama aparıblar
31.03.2020 [14:30] - Gündəm, Hərb
Rusiya və Türkiyə hərbçiləri Suriyadakı M-4 trasında birgə yoxlama aparıblar.

Bu barədə Rusiya Hərbi Polisinin nümayəndəsi Aleksey Jukov məlumat verib.

O deyib ki, yoxlama zamanı heç bir problem müəyyən edilməyib.

Yoxlamada əsas məqsəd atəşkəs rejiminə əməl olunmasını, Fərat çayı boyunca ərazidə təhlükəsiz hərəkətin təmin edilməsidir.

Türkiyə və Rusiya qoşunları birgə yoxlamanı prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin Soçidə imzaladıqları birgə memorandumun şərtlərinə əsasən aparırlar.
Bu xəbər oxucular tərəfindən 156 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed