Şrift:
İndoneziya Prezidenti yeni koronavirusa görə ölkədə fövqəladə vəziyyət elan edib
01.04.2020 [10:23] - Gündəm, Hüquq
İndoneziya Prezidenti Coko Vidodo yeni koronovirus təhlükəsi ilə əlaqədar ölkədə səhiyyə sahəsində fövqəladə vəziyyətin tətbiq olunduğunu elan edib.

Bu barədə “The Jakarta Post” qəzeti məlumat yayıb.

Prezidentin sözlərini sitat gətirən qəzet yazır: “Biz səhiyyə sahəsində mühüm qadağaların tətbiqi barədə qərar qəbul etdik. Prezidentin ölkədə fövqəladə vəziyyət elan olunması barədə Fərmanı qəbul olundu”.

C.Vidodo bəyan edib ki, ölkədə tətbiq ediləcək məhdudiyyət tədbirlərinə milli polis nəzarət edəcək. Bununla yanaşı, o, polisin səlahiyyətinə daxil olunan konkret məsələləri də elan edib.
İndoneziyanın hakimiyyət orqanları tərəfindən yeni koronovirusun yayılmasının qarşısını almaq məqsədilə ilk olaraq əcnəbilərin ölkəyə girişinə və çıxışına qadağa qoyulmuşdu.

Qeyd edək ki, martın 31-nə olan son məlumatlara görə, İndoneziyada yeni koronavirusa 1528 nəfər yoluxub və onlardan 14-ü ölüb.
Bu xəbər oxucular tərəfindən 134 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed