Şrift:
Özbəkistanda koronavirusa yoluxanların sayı 172-yə çatıb
01.04.2020 [10:43] - Gündəm, Sosial
Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 172-yə çatıb, dünən bu rəqəm 158 olub.

Özbəkistan Səhiyyə Nazirliyi xəbər verir ki, indiyədək koronavirusa yoluxan səkkiz xəstə sağalıb və onlar reabilitasiya mərkəzinə göndəriliblər. Virusa yoluxanların 22-nə pnevmoniya diaqnozu qoyulub. Yeddi xəstənin vəziyyəti ağır olaraq qalır, 2 nəfər ölüb.

Nazirlikdən bildiriblər ki, artıq ölkədə koronavirusla bağlı 22,1 min test həyata keçirilib.
Xatırladırıq ki, Daşkənd şəhəri, Qaraqalpaqstan Respublikası və vilayətlərdə xəstəxana və ev şəraitində karantində 90 min nəfər var.
Bu xəbər oxucular tərəfindən 310 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed