Şrift:
Təbrizdə intihara cəhdin qarşısı alınıb
01.04.2020 [10:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan şəhərlərində intihar hadisələrinin ardı-arası kəsilmir.



Bu dəfə Təbriz şəhərində hələlik kimliyi məlum olmayan bir qadının intihara cəhd göstərdiyi bildirilir.



Bu barədə Təbriz Bələdiyyə İdarəsinin Fövqəladə Hallar Bölümünün icraçı direkoru mətbuata məlumat verib.

“Çərşənbə axşamı günü saat 11 radələrində “Mərzdaran” şəhərciyində bir qadının intihara cəhd etdiyi barədə məlumat daxil oldu. Hadisə bir binanın 5-ci mərtəbəsində baş vermişdir. Dərhal hadisə yerinə xilasedici qrup göndərildi.”- deyə Hadi Bədri Hamid bildirib.



Onun sözlərinə görə, xilasedicilər 6-cı mərtəbənin balkonundan 5-ci mərtəbəyə daxil olaraq intiharın qarşısını alıblar.



Hadi Bədri Hamid azərbaycanlı qadının kimliyi və intihara cəhd faktının təfərrüatı barədə heç bir məlumat verməyib.



Güney Azərbaycanda intihar faktlarının artması təsadüfi deyil. Bir çoxları bölgədə intihar göstəricilərinin yüksək olmasını sosial ədalətsizliklə əlaqədarir. Ölkə əhalisinin yaşadığı ümidsizlik, ailədaxili münaqişələr, narkomaniya (mötadlıq), işsizlik, yoxsulluq və s. kimi problemlər şübhəsiz ki, insanların ictimai və fərdi həyatını dərindən ətkiləyir və özünə qəsd kimi hadisələrə yol açır.
Bu xəbər oxucular tərəfindən 68 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed