Şrift:
Tehranda koronavirusun yayılmadığı bölgə qalmayıb
01.04.2020 [12:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda koronavirus paytaxt Tehranın bütün bölgələrini cənginə alıb.



Bu barədə məlumat yayan Tehranın Koronavirusla Mübarizə üzrə Əməliyyat Qərargahının komandanı Əlirza Zali bildirib ki, bunun səbəbi paytaxt sakinlərinin gigiyenik tövsiyələrə əməl etməməsidir.



Rəsmi qeyd edib ki, insanlar bütün çağırışlara əməl etsəydilər və evlərində otursaydılar, Tehranda vəziyyət indikindən fərqli olardı.



O, həmçinin bildirib ki, bu gün "sizdəh bedər" günü ilə əlaqədar insanlar evdə qalmasalar, mövcdu vəziyyət daha da böhranlı olacaq.



Qeyd etmək lazımdır ki, İranda koronavirus infeksiyası ilkin olaraq Qum şəhərində yayılmışdı. Bütün çağırışlara baxmayaraq, dövlətin Qumu karantinə almaqdan imtina etməsi xəstəliyin tezliklə Tehran başda olmaqla, digər bölgələrə ayaq açmasına rəvac vermişdi.



Əlirza Zali çıxışı zamanı mövcud vəziyyətin yaranmasının əsas səbəbkarı olan Qum şəhərinin karantinə alınmaması ilə bağlı bir söz deməyib.
Bu xəbər oxucular tərəfindən 200 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed