Şrift:
İranda daha 138 nəfər koronavirusdan ölüb. Ölənlərin ümumi sayı 3036 nəfərə çatıb
01.04.2020 [14:14] - ---
İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bu gün ötən bir sutka ərzində ölkədə koronavirusdan ölənlərin və infeksiyaya yenicə yoluxanların statistikasını yayıb.



Cahanpur mediaya açıqlamasında deyib ki, son 24 saat ərzində İranda daha 138 nəfər koronavirusdan həyatını itirib: “Dünəndən bu günə qədər həmçinin ölkə laboratoriyalarında aparılan analiz testlərinin nəticələrinə görə, daha 2987 nəfərin “Covid-19” infeksiyasına yoluxması təsdiq edilib.



Bununla da, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 3036 nəfərə, infeksiyaya yoluxanların ümumi sayı isə 47 min 593 nəfərə yüksəlib. Xoşbəxtlikdən xəstəlikdən sağalıb xəstəxanalardan evə buraxılanların sayı da artaraq, 15473 nəfərə çatıb.



Təəssüflər olsun ki, hazırda virusa yoluxan vətəndaşlardan 3871 nəfərinin sağlamlıq durumu ağırdır və həmin xəstələr həkimlərin ciddi nəzarəti altında saxlanılırlar” -deyə, Kiyanuş Cahanpur əlavə edib.
Bu xəbər oxucular tərəfindən 342 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed