Şrift:
İkinci Dünya Müharibəsindən sonra dünya ən böyük böhranla üz-üzə qalıb - Antonio Quterreş
02.04.2020 [12:02] - Xəbərlər, Siyasət
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş “Covid-19”un İkinci Dünya Müharibəsindən bəri dünyanın ən böyük böhranı olduğunu söylədi.



Yeni növ korona virusunun (Covid-19) yayılmasının sosial-iqtisadi təsirləri barədə hesabat yayan A.Quterreş epidemiyanın bütün dünyanı təhdid etdiyini və əvvəlkilərinə bənzəməyən iqtisadi böhrana səbəb olacağını bildirərək deyib:

"Bu, İkinci Dünya Müharibəsindən sonra qarşılaşdığımız ən ağır böhrandır. Biz bu böhranı kənara qoya və həmrəylik içində "siyasi oyunlar"ı aradan qaldıra bilərik.



BMT epidemiya və bunun səbəb olduğu sosial-iqtisadi şoklarla mübarizə aparmaqla əlaqədar aşağı və orta gəlirli ölkələrə dəstək olmaq üçün çox tərəfdaşlı yeni fond yaradır.



Baş verənlər, xüsusilə Afrika qitəsində daha çox narahatvericidir. G-20 ölkələrini Afrikaya nəzər yetirməyə çağırıram.



Beynəlxalq Əmək Təşkilatı epidemiya 5 - 25 milyon arası iş yerinin və 860 milyard ilə 3,4 trilyon dollar arası gəlir itkisini təxmin edir.



Dünyada kənd əhalisinin 50 və şəhər əhalisinin 20 faizinin tibbi sığortası yoxdur. İnkişaf etməkdə olan ölkələrin ümumdaxili məhsulu təxminən 2, qlobal orta hesabla isə 4, 7 faizə düşüb.



Təlim-təhsil sahəsində epidemiya səbəbindən 166 ölkədə məktəblər bağlanıb: 1,52 milyard şagird və tələbə, o cümlədən 60.2 milyon müəllim təhsilə ara verib."
Bu xəbər oxucular tərəfindən 68 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed