Şrift:
“Sepah”ın yüksək rütbəli komandanlarından olan Hac Mirza Selgi koronavirusdan ölüb
02.04.2020 [12:11] - Güney Azərbaycan xəbərləri
“Sepah” terror təşkilatının «Həzrət Əbülfəzl” batalyonunun komandanı və “Sepah”ın “Ənsar ül-Hüseyn” ordu qərargahının rəisi Hac Mirza Selgi koronavirisdan ölüb.



Yayılan məlumata əsasən, tənəffüs yollarında yaranmış problemə görə, Həmədanın “Beheşti” xəstəxanasının reanimasiya bölməsində saxlanılan Hac Mirza Selgi bu gün sübh saatlarında keçinib.



İranın “Mehrnews” agentliyi “Sepah” rəsmisinin İran-İraq savaşı zamanı cəbhədə məruz qaldığı kimyəvi silahdan zəhərlənmənin sonrakı təsirindən öldüyünü yazsalar da, İranın tibb mərkəzlərindəki müstəqil mənbələr onun koronavirusdan öldüyünü bildirirlər.


Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 1-də mediaya açıqlamasında ölkədə koronavirus qurbanlarının yeni statistikasını yayıb.



O, ölkədə virusdan ölənlərin sayının 3036 nəfərə, virusa yoluxanların sayının isə 47593 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərindəki mənbələr, virusdan ölənlərin və “Covid-19” infeksiyasına yoluxanların sayının rəsmi tribunalardan elan edilən rəqəmlərdən ən azı 5 dəfə çox olduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 104 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed